Surə 2 · Cüz 2

Al-Baqarah · 2:233

۞ وَالْوَالِدَاتُ يُرْضِعْنَ أَوْلَادَهُنَّ حَوْلَيْنِ كَامِلَيْنِ ۖ لِمَنْ أَرَادَ أَنْ يُتِمَّ الرَّضَاعَةَ ۚ وَعَلَى الْمَوْلُودِ لَهُ رِزْقُهُنَّ وَكِسْوَتُهُنَّ بِالْمَعْرُوفِ ۚ لَا تُكَلَّفُ نَفْسٌ إِلَّا وُسْعَهَا ۚ لَا تُضَارَّ وَالِدَةٌ بِوَلَدِهَا وَلَا مَوْلُودٌ لَهُ بِوَلَدِهِ ۚ وَعَلَى الْوَارِثِ مِثْلُ ذَٰلِكَ ۗ فَإِنْ أَرَادَا فِصَالًا عَنْ تَرَاضٍ مِنْهُمَا وَتَشَاوُرٍ فَلَا جُنَاحَ عَلَيْهِمَا ۗ وَإِنْ أَرَدْتُمْ أَنْ تَسْتَرْضِعُوا أَوْلَادَكُمْ فَلَا جُنَاحَ عَلَيْكُمْ إِذَا سَلَّمْتُمْ مَا آتَيْتُمْ بِالْمَعْرُوفِ ۗ وَاتَّقُوا اللَّهَ وَاعْلَمُوا أَنَّ اللَّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

233. Analar öz övladlarını tam iki il əmizdirsinlər. Bu, əmiz­dir­mə­ni tamam­lamaq istə­yənlər üçün­dür. Anaların ye­məyi və ge­yi­mi şə­riətə mü­vafiq qay­dada uşa­ğın ata­sının üzərinə düşür. Heç kəs qüvvəsi çat­dı­ğından artıq yük­lən­məz. Nə bir ana, nə də bir ata öz övladına gö­rə zərər çəkməməlidir. Atanın üzərinə düşən bu vəzifə ey­­ni­lə varisin üzə­rinə düşür. Əgər ata və ana özlərinin razı­lığı və məs­ləhəti ilə uşağı süd­dən kəs­mək istə­sələr, ikisinə də heç bir gü­nah ol­maz. Əgər siz uşaq­­larınızı süd ana­sına əmizdir­mək is­təyirsi­nizsə və süd haqqı­nı mü­­vafiq qayda üzrə ödə­sə­niz, si­zə heç bir gü­nah olmaz. Allah­dan qorxun və bilin ki, Allah sizin nə et­dik­lə­ri­nizi görür.

Təfsir

Analar öz övladlarını kamil iki il əmizdirməlidirlər. Bu, iki il əmizdirmə müddəti əmizdirməni tamamlamaq istəyənlər üçündür. Boşanmış süd əmizdirən anaların yeməyi və geyimi şəriətə müxalif olmamaq şərti ilə insanların adəti üzrə uşağın atasının üzərinə düşür. Allah heç kəsi imkanı və qüvvəsi çatdığından artıq yüklənməz. Valideyinlərdən hər hansı birinə, biri-birinə əziyyət verməsi üçün uşağı vasitə etməsi halal olmaz. Əgər uşağın atası və uşağın malı yoxdursa bu zaman atanın üzərində olan bu haqq eynilə varisin üzərinə düşür. Əgər ata və ana uşağın xeyri üçün öz aralarında məsləhətləşib razılığa gəldikdən sonra uşağı iki il tamam olmazdan əvvəl süddən kəsmək istəsələr, bu işdə ikisinə də heç bir günah olmaz. Əgər siz uşaqlarınızı doğma analarından başqa süd anasına əmizdirmək istəyirsinizsə və süd əmizdirən qadınların haqqını kəsmədən və gecikdirmədən şəriətə müvafiq qayda üzrə ödəsəniz, yenədə sizə heç bir günah olmaz. Allahın əmrlərini yerinə yetirib, qadağanlarından çəkinməklə Ondan qorxun və bilin ki, Allah sizin nə etdiklərinizi görür və heç bir şey gizli qalmaz və O, etdiyiniz əməllərə görə sizin mükafatınızı verəcəkdir.

Oxuyucuda aç - Surəni tam oxu