Surə 2 · Cüz 2

Al-Baqarah · 2:168

يَا أَيُّهَا النَّاسُ كُلُوا مِمَّا فِي الْأَرْضِ حَلَالًا طَيِّبًا وَلَا تَتَّبِعُوا خُطُوَاتِ الشَّيْطَانِ ۚ إِنَّهُ لَكُمْ عَدُوٌّ مُبِينٌ

168. Ey insanlar! Yer üzündə olan halal və təmiz olanlardan ye­yin, şeytanın addım izləri ilə getmə­yin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməni­niz­dir.

Təfsir

Ey insanlar! Yer üzündəki əti pak olan heyvanlardan, yerin bitirdiyi bitki və ağacların meyvəsindən, həmçinin, halal yolla qazanılan təmiz qidalardan yeyin və sizi Allahın yolundan azdıran şeytanın yolu ilə getməyin! Həqiqətən, o, sizə düşmənçilik bəlli olan, sizin açıq-açığına düşməninizdir. Heç bir ağıllı insana ona əziyət verməyə və onu Allahın yolundan azdırmağa həris düşməninin ardınca getmək caiz deyildir.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Baqarah 2:168 · Tlawati