Surə 2 · Cüz 2

Al-Baqarah · 2:167

وَقَالَ الَّذِينَ اتَّبَعُوا لَوْ أَنَّ لَنَا كَرَّةً فَنَتَبَرَّأَ مِنْهُمْ كَمَا تَبَرَّءُوا مِنَّا ۗ كَذَٰلِكَ يُرِيهِمُ اللَّهُ أَعْمَالَهُمْ حَسَرَاتٍ عَلَيْهِمْ ۖ وَمَا هُمْ بِخَارِجِينَ مِنَ النَّارِ

167. Tabe olanlar deyəcək­lər: “Kaş, bizim üçün dünyaya dö­nüş olaydı, indi onlar biz­dən uzaq­­laşdıqları kimi, biz də on­lar­dan uzaq­­la­şardıq!” Belə­cə, peş­man ol­sunlar deyə, Allah on­lara özləri­nin əməllərini gös­tərəcək və on­lar heç vaxt Cə­hən­nəm odun­dan çıxa bilməyəcəklər.

Təfsir

Zəif və başçılarına tabe olan kimsələr deyəcəklər: "Kaş, bizim dünyaya bir daha dönüməyə imkanımız olaydı, indi başçılrımız bizdən uzaqlaşdıqları kimi, biz də onlardan uzaqlaşardıq". Allah Qiyamət günü onlara şiddətli əzabı göstərdiyi kimi, onların batil üzərində başçılarına tabe olduqlarını sonda peşmançılıq və hüzündən başqa bir şey olmadığını göstərəcəkdir və onlar cəhənnəm odundan əbədiyyən çıxa bilməzlər.

Oxuyucuda aç - Surəni tam oxu