Surə 2 · Cüz 2

Al-Baqarah · 2:165

وَمِنَ النَّاسِ مَنْ يَتَّخِذُ مِنْ دُونِ اللَّهِ أَنْدَادًا يُحِبُّونَهُمْ كَحُبِّ اللَّهِ ۖ وَالَّذِينَ آمَنُوا أَشَدُّ حُبًّا لِلَّهِ ۗ وَلَوْ يَرَى الَّذِينَ ظَلَمُوا إِذْ يَرَوْنَ الْعَذَابَ أَنَّ الْقُوَّةَ لِلَّهِ جَمِيعًا وَأَنَّ اللَّهَ شَدِيدُ الْعَذَابِ

165. İnsanlardan elələri də var­­ ki, Allahdan qeyrilərini Ona tay tutur, on­ları da, Allahı sev­dik­ləri kimi sevirlər. İman gə­ti­rən­lə­rin isə Allaha olan sev­gisi daha güclüdür. Kaş zülm edən­lər əzabı görəcəkləri za­man bü­tün qüdrət və qüv­vətin Alla­ha məx­sus ol­du­ğu­nu və Alla­hın şid­dət­li əzab verdi­yini biləy­di­lər.

Təfsir

Uca Allahın varlığına dəlalət edən bu açıq-aydın ayətlərin olmasına baxmayaraq insanlardan elələri də vardır ki, Allahdan qeyrilərini özlərinə ilah qəbul edib, onları uca Allaha tay tutur və onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi, onların Allahdan qeyrilərinə ibadət ediklərinə olan sevgisindən daha güclüdür. Çünki möminlər heç bir şeyi Allaha şərik qoşmaz və Allahı daima, xoş və çətin vaxtlarında da sevərlər. Amma onlar isə öz ilahlarını yalnız xoş vaxtlarında sevərlər, çətin vaxtlarında isə ancaq Allaha dua edərlər. Kaş ki, Allaha şərik qoşmaq və günah işlər görməklə özlərinə zülm edən kimsələr axirətdə onlara olan əzabı gördükləri zaman bütün qüvvətin yalnız tək Allaha məxsus olduğunu və Allahın, Ona asi olanlara qarşı şiddətli əzab verdiyini görəydilər. Əgər onlar bunu görsəydilər heç vaxt Allaha şərik qoşmazdılar.

Oxuyucuda aç - Surəni tam oxu