Surə 2 · Cüz 2

Al-Baqarah · 2:164

إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالْأَرْضِ وَاخْتِلَافِ اللَّيْلِ وَالنَّهَارِ وَالْفُلْكِ الَّتِي تَجْرِي فِي الْبَحْرِ بِمَا يَنْفَعُ النَّاسَ وَمَا أَنْزَلَ اللَّهُ مِنَ السَّمَاءِ مِنْ مَاءٍ فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا وَبَثَّ فِيهَا مِنْ كُلِّ دَابَّةٍ وَتَصْرِيفِ الرِّيَاحِ وَالسَّحَابِ الْمُسَخَّرِ بَيْنَ السَّمَاءِ وَالْأَرْضِ لَآيَاتٍ لِقَوْمٍ يَعْقِلُونَ

164. Həqiqətən də, göylərin və yerin yaradılmasında, gecə ilə gün­­düzün bir-birilə əvəz olun­ma­sında, insanlara fay­da verən şey­lər­lə yüklənmiş halda dəniz­də üzən gəmilərdə, Alla­hın göydən en­dir­diyi, onunla da ölmüş tor­pağı dirilt­diyi suda, Onun növbənöv hey­­vanları yer üzü­nə yaymasında, külək­lərin dəyiş­di­ril­mə­sində və göylə yer arasında ram edil­miş buludlarda, başa dü­şən in­san­lar üçün dəlillər vardır.

Təfsir

Həqiqətən, göylərin və yerin və onların arasında olan təəccüblü məxluqların yaradılmasında, gecə ilə gündüzün bir-birini ardınca əvəz etməsində, içərisində: yemək, paltar, ticarət malları və s. insanlar üçün mənfəətli şeylər olan gəmilərin dəniz sularında üzməsində, Allahın göydən yağmur yağdıraraq yer üzünü yenidən dirildib orada bitki bitirməsində, müxtəlif növ məxluqatın yer üzünün hər bir tərəfinə yaymasında, küləklərin bir tərəfdən başqa bir tərəfə istiqamətini dəyişməsində və göylə yer arasında ram edilmiş buludların bir səmtdən başqa səmtə döndərilməsində başa düşən, ağıl sahibləri üçün Allahın təkliyinə dəlalət edən açıq-aydın əlamətlər vardır.

Oxuyucuda aç - Surəni tam oxu