Surə 2 · Cüz 2

Al-Baqarah · 2:159

إِنَّ الَّذِينَ يَكْتُمُونَ مَا أَنْزَلْنَا مِنَ الْبَيِّنَاتِ وَالْهُدَىٰ مِنْ بَعْدِ مَا بَيَّنَّاهُ لِلنَّاسِ فِي الْكِتَابِ ۙ أُولَٰئِكَ يَلْعَنُهُمُ اللَّهُ وَيَلْعَنُهُمُ اللَّاعِنُونَ

159. Kitabda insanlara bə­yan etdiyi­miz açıq-aydın dəlilləri və doğru yol göstərən ayələri na­zil etdikdən sonra onları gizlədən kəslərə həm Allah lənət edər, həm də, lənət edə bi­lənlər lənət oxu­yar­lar!

Təfsir

Peyğəmbərin (sallallahu aleyhi və səlləm) və onun gətirdiyi dinin doğruluğuna dəlalət edən açıq-aydın ayələr nazil etdiyimizdən və həmçinin öz kitablarında olanları insanlara öyrətdiyimizdən sonra onu gizlədən yəhudiləri, nəsraniləri və onların ardınca gedənləri Allah Öz rəhmətindən qovmuşdur və mələklər, peyğəmbərlər və bütün insanlar da onların Allahın rəhmətindən qovulması üçün dua edirlər!

Oxuyucuda aç - Surəni tam oxu