Surə 2 · Cüz 2

Al-Baqarah · 2:158

۞ إِنَّ الصَّفَا وَالْمَرْوَةَ مِنْ شَعَائِرِ اللَّهِ ۖ فَمَنْ حَجَّ الْبَيْتَ أَوِ اعْتَمَرَ فَلَا جُنَاحَ عَلَيْهِ أَنْ يَطَّوَّفَ بِهِمَا ۚ وَمَنْ تَطَوَّعَ خَيْرًا فَإِنَّ اللَّهَ شَاكِرٌ عَلِيمٌ

158. Həqiqətən, Səfa və Mər­və Alla­hın qoyduğu nişa­nə­lər­dən­dir. Kim mü­qəddəs Evi həcc və ya ümrə məqsədi ilə zi­yarət edər­sə, bu iki dağ arasında səy etmə­sin­də ona heç bir günah yoxdur. Kim könüllü olaraq yaxşı bir iş görərsə, bilsin ki, Allah şükrün əvəzini verən­dir, hər şeyi biləndir.

Təfsir

Kəbə evinin yaxınlıqında yerləşən, Səfa və Mərvə adı ilə tanınan bu iki dağ, həqiqətən də, şəriətin zahiri əlamətlərindən biridir. Kəbə evini həcc və ya ümrə ibadətini yerinə yetirmək məqsədi ilə ziyarət edən şəxsin, bu iki dağ arasında təvaf etməsində heç bir günah yoxdur. Uca Allahın bu ayədə Səfa və Mərva arasında təvaf etməyin günah olmadığını bildirməsində, bunun, bir cahiliyyət adəti olduğunu düşünən müsəlmanlar üçün bir təskinlik vardır. Çünki Uca Allah, Səfa və Mərva arasında təvaf etməyin həccin ayinlərindən birinin olduğunu bəyan etdi. Hər kəs könüllü olaraq, ixlasla yaxşı bir iş görərsə, Allah onun etdiyi yaxşı işi qəbul edər və əvəzini verər. Allah kimin yaxşı iş gördüyünü bilir və onun mükafatınıda verir.

Oxuyucuda aç - Surəni tam oxu