Surə 2 · Cüz 2

Al-Baqarah · 2:155

وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِنَ الْخَوْفِ وَالْجُوعِ وَنَقْصٍ مِنَ الْأَمْوَالِ وَالْأَنْفُسِ وَالثَّمَرَاتِ ۗ وَبَشِّرِ الصَّابِرِينَ

155. Biz sizi bir az qorxu, bir az ac­lıq, bir az da mal-döv­lət, in­san və məh­sul itkisi ilə sı­na­ya­rıq. Səbir edən­ləri müjdələ.

Təfsir

Biz sizi düşmənlərdən bir az qorxu, qıtlıqı səbəbi ilə bir az aclıq, bir az malının əldən çıxması yaxud çətinliklə mal əldə etmək, insanları məhv edən bəlalar səbəbi ilə insanların ölməsi yaxud da Allah yolunda şəhid olması və yerin bitirdiyi meyvələrin azalması ilə imtahan edəcəyik. Ey Peyğəmbər! Bu müsibətlərə səbir edənlərə, dünya da və axirət də onları sevindirəcək şeylərlə müjdə ver.

Oxuyucuda aç - Surəni tam oxu