Surə 2 · Cüz 2
Al-Baqarah · 2:154
وَلَا تَقُولُوا لِمَنْ يُقْتَلُ فِي سَبِيلِ اللَّهِ أَمْوَاتٌ ۚ بَلْ أَحْيَاءٌ وَلَٰكِنْ لَا تَشْعُرُونَ
154. Allah yolunda öldürülənlərə: “Ölüdürlər!” deməyin. Əksinə, onlar diridirlər, lakin siz bunu hiss etmirsiniz.
Təfsir
Ey Möminlər! Allah yolunda cihadda öldürülənlərə: "Onlar ölüdürlər, onlar da başqaları kimi öldülər deməyin". Əksinə, onlar Rəbbləri yanında diridirlər, lakin siz onların həyatını dərk etmirsiniz. Çünki onlar, xüsusi bir həyatda yaşayırlar, onların sürdükləri həyatı bilmək isə yalnız uca Allahdan vəhy vasitəsi ilə mümkündür.