Surə 2 · Cüz 1

Al-Baqarah · 2:121

الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلَاوَتِهِ أُولَٰئِكَ يُؤْمِنُونَ بِهِ ۗ وَمَنْ يَكْفُرْ بِهِ فَأُولَٰئِكَ هُمُ الْخَاسِرُونَ

121. Kitab verdiyimiz kəs­lər onu layi­qincə oxuyurlar. On­lar ona iman gəti­rirlər. Onu inkar edən­lər – məhz onlar ziyana uğra­yan­lar­dır.

Təfsir

Qurani-Kərim kitab əhlindən əllərindəki nazil edilmiş kitablara əməl edib və ona layiqincə tabe olan bir tayfa haqqda danışır. Onlar bu kitablarda Muhəmməd (ona Allahın salavatı və salamı olsun) peyğəmbərin həqiqi peyğəmbər olduğuna dəlalət edən əlamətlər gördükləri üçün ona iman gətirməyə tələsidlər. Başqa bir tayfa isə bu həqiqəti bildikdən sonra öz küfürlərində israr edib qaldıqları üçün xüsrana uğradılar.

Oxuyucuda aç - Surəni tam oxu