Surə 2 · Cüz 1

Al-Baqarah · 2:120

وَلَنْ تَرْضَىٰ عَنْكَ الْيَهُودُ وَلَا النَّصَارَىٰ حَتَّىٰ تَتَّبِعَ مِلَّتَهُمْ ۗ قُلْ إِنَّ هُدَى اللَّهِ هُوَ الْهُدَىٰ ۗ وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءَهُمْ بَعْدَ الَّذِي جَاءَكَ مِنَ الْعِلْمِ ۙ مَا لَكَ مِنَ اللَّهِ مِنْ وَلِيٍّ وَلَا نَصِيرٍ

120. Sən yəhudilərin və xaç­pərəstlərin dinlərinə tabe olmayın­ca, onlar səndən razı qal­ma­yacaq­lar. De: “Yalnız Alla­hın haqq yo­lu doğru yoldur!” Əgər sənə gələn elmdən sonra onların istəkləri­nə uysan, səni Allahdan qo­ru­yacaq nə bir dost, nə də bir yardımçı olar.

Təfsir

Allah Öz peyğəmbərini xəbərdar edib çəkindirərək belə xitab edir: "Sən İslam dinini tərk edib onların yoluna tabe olmayınca onlar səndən qətiyyən razı qalmayacaqlar. Onlara belə de: Həqiqətən doğru yol, sizin batil yolunuz deyildir, əksinə, doğru yol, Allahın kitabı və onun bəyanıdır. Əgər sənə gələn açıq-aydın haqqdan sonra sən və ya sənə tabe olanlardan hər hansı biri onların istəklərinə uysanız, o zaman səni Allahın əzabından qoruyacaq nə bir yardım edən, nə də bir köməkçi taparsan. Bu isə, haqqı tərk edib batil əhlini dost tutmağın təhlükəli bir iş olduğunu göstərir.

Oxuyucuda aç - Surəni tam oxu

Al-Baqarah 2:120 · Tlawati