Surə 2 · Cüz 1

Al-Baqarah · 2:113

وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَىٰ عَلَىٰ شَيْءٍ وَقَالَتِ النَّصَارَىٰ لَيْسَتِ الْيَهُودُ عَلَىٰ شَيْءٍ وَهُمْ يَتْلُونَ الْكِتَابَ ۗ كَذَٰلِكَ قَالَ الَّذِينَ لَا يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ ۚ فَاللَّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُوا فِيهِ يَخْتَلِفُونَ

113. Yəhudilər dedilər: “Xaçpərəst­lər doğru yolda deyillər!” Xaç­­pərəstlər də dedilər: “Yəhu­dilər doğru yolda deyillər!” Hal­buki onlar Kitab oxuyurlar. Kitabı bilməyənlər də onlar kimi danı­şır­lar. Allah ix­ti­lafa düş­dük­ləri şey barəsində Qi­ya­mət günü on­la­rın arasında hökm verə­cəkdir.

Təfsir

Yəhudilər: "Nəsranilər düzgün din üzərində deyillər"- dedilər. Nəsranilər də: "Yəhudilər düzgün din üzərində deyillər"- dedilər. Halbuki onların hamısı Allahın onlara nazil etdiyi kitabları oxuyur və orada peyğəmbərlər arasında heç bir fərq qoymadan hamısına iman gətirməyin vacib olmasını bilirlər. Onların bu sözü rəsulların hamısını və onlara nazil edilən kitabları təkzib edən cahil müşriklərin sözünə bənzəyir. Elə buna görə də Qiyamət günü, Allah qullarına xəbər verdiyi adil hökmü ilə ixtilafda olanların hamısının arasında hökm verəcəkdir. Çünki nicat yalnız, Uca Allahın nazil etdiyi hər bir şeyə iman etməkdədir.

Oxuyucuda aç - Surəni tam oxu