Surə 2 · Cüz 1

Al-Baqarah · 2:112

بَلَىٰ مَنْ أَسْلَمَ وَجْهَهُ لِلَّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِنْدَ رَبِّهِ وَلَا خَوْفٌ عَلَيْهِمْ وَلَا هُمْ يَحْزَنُونَ

112. Xeyr! Kim muhsin olduğu halda özünü Allaha təslim edərsə, Rəbbi ya­nında onun mü­kafatı olar. On­lara heç bir qorxu yox­dur və on­lar kə­dərlənmə­yə­cəklər.

Təfsir

Hansı tayfadan olmasından aslı olmayaraq Allaha yönəlib ixlasla etdiyi ibadətdə Peyğəmbərin gətirdiyinə tabe olan hər bir şəxs Cənnətə daxil olacaqdır. Onun savabı da Allaha aiddir. Onların axirətdə qarşılcaqları şeylərə görə heç bir qorxuları olmaz və əldə edə bilmədikləri dünya nemətlərinə görə də qəm-qüssə çəkməzlər. Yuxarıda qeyd edilən vəsflər Muhəmmədin (ona Allahın salavatı və salamı olsun) peyğəmbər olaraq gəldiyindən sonra yalnız müsəlmanlarda reallaşır.

Oxuyucuda aç - Surəni tam oxu