Surə 2 · Cüz 1

Al-Baqarah · 2:103

وَلَوْ أَنَّهُمْ آمَنُوا وَاتَّقَوْا لَمَثُوبَةٌ مِنْ عِنْدِ اللَّهِ خَيْرٌ ۖ لَوْ كَانُوا يَعْلَمُونَ

103. Onlar iman gətirib Al­lah­dan qorxsaydılar, Allahın verdiyi müka­fat onlar üçün da­ha xeyirli olardı. Kaş bunu bi­ləy­dilər!

Təfsir

Əgər yəhudilər Allaha həqiqi iman gətirib Ondan qorxaraq saleh əməllər edər, Ona asi olmaqdan çəkinsəydilər, Allah tərəfindən əldə etdikləri savab onların etdikləri əməldən daha xeyirli olardı. Kaş ki onlar özlərinə fayda verən şeyləri dərk edəydilər.

Oxuyucuda aç - Surəni tam oxu