Surə 2 · Cüz 1

Al-Baqarah · 2:102

وَاتَّبَعُوا مَا تَتْلُو الشَّيَاطِينُ عَلَىٰ مُلْكِ سُلَيْمَانَ ۖ وَمَا كَفَرَ سُلَيْمَانُ وَلَٰكِنَّ الشَّيَاطِينَ كَفَرُوا يُعَلِّمُونَ النَّاسَ السِّحْرَ وَمَا أُنْزِلَ عَلَى الْمَلَكَيْنِ بِبَابِلَ هَارُوتَ وَمَارُوتَ ۚ وَمَا يُعَلِّمَانِ مِنْ أَحَدٍ حَتَّىٰ يَقُولَا إِنَّمَا نَحْنُ فِتْنَةٌ فَلَا تَكْفُرْ ۖ فَيَتَعَلَّمُونَ مِنْهُمَا مَا يُفَرِّقُونَ بِهِ بَيْنَ الْمَرْءِ وَزَوْجِهِ ۚ وَمَا هُمْ بِضَارِّينَ بِهِ مِنْ أَحَدٍ إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَيَتَعَلَّمُونَ مَا يَضُرُّهُمْ وَلَا يَنْفَعُهُمْ ۚ وَلَقَدْ عَلِمُوا لَمَنِ اشْتَرَاهُ مَا لَهُ فِي الْآخِرَةِ مِنْ خَلَاقٍ ۚ وَلَبِئْسَ مَا شَرَوْا بِهِ أَنْفُسَهُمْ ۚ لَوْ كَانُوا يَعْلَمُونَ

102. Onlar Suleymanın səltənəti barədə şeytanların oxuduqları­na uydular. Halbuki Süley­man kafir ol­madı. Lakin şey­tanlar sehri və Ba­bildə Harut və Marut adlı iki mə­ləyə nazil olanı insan­lara öyrə­dərək kafir oldular. O iki mələk: “Biz ancaq bir sınağıq, sən gəl kafir ol­ma!”– de­məmiş, onu heç kəsə öyrət­mirdilər. Yəhudilər ərlə arvadı bir-birin­dən ayıracaq işləri on­lardan öyrənir­di­lər. La­kin on­lar Alla­hın izni olma­dan heç kəsə zə­rər verə bilməzlər. On­lar öz­lərinə zə­rər verən və fay­da­sı olmayan şey­i öyrənir­di­lər. On­lar bilirdilər ki, bunu satın alan kimsələrin axi­rətdə heç bir payı yox­dur. Qarşılığında özlərini satdıqları şey necə də pisdir! Kaş bunu bi­ləy­di­lər!

Təfsir

Yəhudilər Allahın dinini tərk edib əvəzində Allahın peyğəmbəri Süleymanın (Əleyhissalam) səltənətinə dair şeytanların uydurduqları yalanlara tabe oldular. Beləki yəhudilər Süleymanın səltənəti sehr vasitəsi ilə əldə etdiyini idda edirdilər. Halbuki, Süleyman yəhudilərin idda etdikləri kimi sehr etməklə kafir olmadı,əksinə şeytanlar İraqın Babil şəhərindəki insanları imtahan etmək üçün göndərdiyimiz Harut və Marut adlı iki mələyə nazil olan sehri insanlara öyrədərək kafir oldular. Halbuki o iki mələk: "Biz insanları imtahan etmək üçün göndərilmişik, sən gəl bu sehr öyrənməklə kafir olma!" – deyib insanları sehir öyrənməkdən çəkindirməzdən əvvəl heç kəsə sehr öyrətmirdilər. Kim bu iki mələyin nəsihətini qəbul etmədisə onlardan sehr, o cümlədən də ər-arvadı ayıran və onların arasında nifaq salan növlərini öyrənirdilər. Lakin sehrbazlar Allahın izni və istəyi olmadan heç kəsə zərər verə bilməzlər. Yəhudilər ancaq özlərinə faydası olmayan zərərli şeyləri öyrənirdilər. Yəhudilər Allahın kitabını sehrlə əvəz edənlərin axirətdə heç bir payı olmadığını yaxşı bilirlər. Onlar sehri Allahın vəhynə və şəriətinə dəyişib nəfslərini satın aldıqları iş necə də pisdir. Əgər onlar özlərinə fayda verən şeyi bilsəydilər belə çirkin və açıq-aydın azğınlıq yoluna cürət etməzdilər.

Oxuyucuda aç - Surəni tam oxu