Surə 17 · Cüz 15
Al-Isra · 17:89
وَلَقَدْ صَرَّفْنَا لِلنَّاسِ فِي هَٰذَا الْقُرْآنِ مِنْ كُلِّ مَثَلٍ فَأَبَىٰ أَكْثَرُ النَّاسِ إِلَّا كُفُورًا
89. Biz bu Quranda insanlar üçün hər cür məsəli müfəssəl izah etdik. Lakin insanların çoxu yalnız küfrü seçdi.
Təfsir
Biz bu Quranda insanların iman etmələri üçün hər şeyi bəyan etdik, onların ibrət almalarını ümid edərək Quranda nəsihətləri, öyüdləri, əmr və qadağaları müxtəlif cür məsəllər çəkməklə onlara müfəssəl bir şəkildə izah etdik. Lakin yenə də insanların çoxu bu Quranı inkar edərək, ondan üz çevirib iman etmədilər.