Surə 17 · Cüz 15
Al-Isra · 17:88
قُلْ لَئِنِ اجْتَمَعَتِ الْإِنْسُ وَالْجِنُّ عَلَىٰ أَنْ يَأْتُوا بِمِثْلِ هَٰذَا الْقُرْآنِ لَا يَأْتُونَ بِمِثْلِهِ وَلَوْ كَانَ بَعْضُهُمْ لِبَعْضٍ ظَهِيرًا
88. De: “Əgər insanlar və cinlər bu Qurana bənzər bir şey gətirmək üçün bir yerə toplaşıb, bir-birinə kömək etsələr belə ona bənzərini gətirə bilməzlər”.
Təfsir
Ey Peyğəmbər! Onlara belə de: "Əgər bütün insanlar və cinlər sənə nazil edilən Quranın bəlağəti, gözəl düzümü və fəsahətli olması baxımından ona bənzərini gətirmək üçün bir yerə toplaşsalar və bu işə bir-birinə yardım etsələr belə heç vaxt ona bənzərini gətirə bilməzlər"