Surə 17 · Cüz 15

Al-Isra · 17:8

عَسَىٰ رَبُّكُمْ أَنْ يَرْحَمَكُمْ ۚ وَإِنْ عُدْتُمْ عُدْنَا ۘ وَجَعَلْنَا جَهَنَّمَ لِلْكَافِرِينَ حَصِيرًا

8. Ola bilsin ki, Rəbbiniz si­zə rəhm etsin. Əgər siz fəsad tö­rət­mə­yə qayıt­sa­nız, Biz də sizi cə­za­landırmağa qayıdarıq. Biz Cə­hən­­nəmi ka­firlər üçün bir zin­dan etdik.

Təfsir

Ey İsrail oğulları! Siz bu şiddətli intiqamdan sonra tövbə edib, yaxşı əməllər etsəniz, ola bilsin ki, Rəbbiniz si­zə rəhm etsin. Əgər təkrarən üçünci dəfə və ya bundan daha çox fəsad tö­rət­mə­yə qayıt­sa­nız, Biz də təkrarən sizdən intiqam almağa və sizi cəzalandırmağa qayıdarıq. Biz Cə­hən­­nəmi ka­firlər üçün heç vaxt çıxa bilməyəcəkləri və orada əbədi olaraq qalacaqları bir yer etdik.

Oxuyucuda aç - Surəni tam oxu