Surə 17 · Cüz 15

Al-Isra · 17:7

إِنْ أَحْسَنْتُمْ أَحْسَنْتُمْ لِأَنْفُسِكُمْ ۖ وَإِنْ أَسَأْتُمْ فَلَهَا ۚ فَإِذَا جَاءَ وَعْدُ الْآخِرَةِ لِيَسُوءُوا وُجُوهَكُمْ وَلِيَدْخُلُوا الْمَسْجِدَ كَمَا دَخَلُوهُ أَوَّلَ مَرَّةٍ وَلِيُتَبِّرُوا مَا عَلَوْا تَتْبِيرًا

7. Yaxşılıq etsəniz, özünüzə yaxşılıq etmiş, pislik etsəniz öz əley­hinizə etmiş olursunuz. So­nuncu vədin vaxtı gələndə, üzü­nü­zü qara etsinlər, birinci dəfə Qüd­sdəki məscidə girdik­ləri ki­mi yenə də ora gir­sinlər və ələ keçirdikləri hər şeyi dar­­ma­da­ğın etsinlər de­yə düşmən­lərinizi üs­­tü­nüzə göndərdik.

Təfsir

Ey İsrail oğul­la­rı! Əgər sizdən tələb olunan şəkildə yaxşı əməl etsəniz, bunun savabı yalnız sizə qayıdar. Allahın sizin əməllərinizə heç bir ehtiyacı yoxdur. Əgər pis əməllər etmiş olsanız bununda zərəri yalnız öz əleyhinizə dönər. Yaxşı əməllərinizin Allaha heç bir faydası olmadığı kimi, pis əməllərinizin də Allaha heç bir zərəri olmaz. İkinci fəsadınızın zamanı gəldikdə sizi zəlil halala salsınlar, sizə müxtəlif növ əzab verməklə üzü­nü­zü qaraltsınlar, birinci dəfə Qüd­sdəki məscidə girib oranı dar­­ma­da­ğın etdikləri kimi yenidən oranı darmadağın etsinlər və məmləkətinizdə əllərinə keçən hər bir şeyi viran halına salmaları de­yə düşmən­lərinizi yenidən üs­­tü­nüzə göndərdik.

Oxuyucuda aç - Surəni tam oxu