Surə 17 · Cüz 15

Al-Isra · 17:79

وَمِنَ اللَّيْلِ فَتَهَجَّدْ بِهِ نَافِلَةً لَكَ عَسَىٰ أَنْ يَبْعَثَكَ رَبُّكَ مَقَامًا مَحْمُودًا

79. Gecənin bir vaxtı oya­nıb sənə əlavə buyrulmuş təhəc­cüd na­ma­zında Qu­ran oxu. Ola bil­sin ki, buna görə Rəb­bin səni tə­ri­fə­la­yiq bir məqama yük­səlt­sin.

Təfsir

Ey Peyğəmbər! Gecənin bir vaxtı qalx və Rəbbin səni daha da yüksək məqamlara qaldırmaq üçün gecə namazı qıl. Bəlkə buna görə Rəb­bin səni Qiyamət günü bütün insanların qorxu, sıxıntı içində olduqları bir vaxt insanlara bir şəfaətçi olaraq diriltsin və səni əvvəlkilərin və sonrakıların tərifləyib bəyəndikləri böyük bir şəfaət məqamına nail etsin!

Oxuyucuda aç - Surəni tam oxu