Surə 17 · Cüz 15

Al-Isra · 17:78

أَقِمِ الصَّلَاةَ لِدُلُوكِ الشَّمْسِ إِلَىٰ غَسَقِ اللَّيْلِ وَقُرْآنَ الْفَجْرِ ۖ إِنَّ قُرْآنَ الْفَجْرِ كَانَ مَشْهُودًا

78. Gün batmağa meyl edən­dən ge­cə­nin qaranlığına­dək bəl­li vaxt­­larda namaz qıl və sübh çağı Quran oxu (fəcr nama­zını da qıl)! Çün­ki sübh çağı oxu­nan Quranın şahidləri olur.

Təfsir

Günəş səmanın ortasından batmağa meyl etdikdən bəri ta gecənin zülmətinə qədər namazı bəl­li vaxt­­larda kamil şəkildə qıl. Bu, zöhr, əsir, məğrib və işa namazlarına aiddir. Fəcr nama­zını da vaxında qıl və bu namazda qiraəti uzun et! Çün­ki fəcr namazında gecə və gündüz mələkləri iştirak edirlər.

Oxuyucuda aç - Surəni tam oxu