Surə 17 · Cüz 15

Al-Isra · 17:62

قَالَ أَرَأَيْتَكَ هَٰذَا الَّذِي كَرَّمْتَ عَلَيَّ لَئِنْ أَخَّرْتَنِ إِلَىٰ يَوْمِ الْقِيَامَةِ لَأَحْتَنِكَنَّ ذُرِّيَّتَهُ إِلَّا قَلِيلًا

62. İblis dedi: “Məndən üs­tün tut­du­ğuna bir bax! Əgər Qiyamət gününə qədər mənə möhlət ver­sən, az bir qis­min­dən başqa onun bü­tün nəslini özü­mə ram edə­cəyəm”.

Təfsir

İblis Rəbbinə belə dedi: "Mənə, ona səcdə etməyi əmr edərək, məndən üs­tün tut­du­ğun məxluq budurmu? Əgər dünya həyatının sonuna qədər mənə möhlət ver­sən, məndən qoruduğun az bir qis­min­dən, ixlasla Sənə ibadət edən qullarından başqa onun bü­tün nəslini özü­mə təslim edə­rək, Sənin doğru yolundan azdıracağam!"

Oxuyucuda aç - Surəni tam oxu