Surə 17 · Cüz 15
Al-Isra · 17:61
وَإِذْ قُلْنَا لِلْمَلَائِكَةِ اسْجُدُوا لِآدَمَ فَسَجَدُوا إِلَّا إِبْلِيسَ قَالَ أَأَسْجُدُ لِمَنْ خَلَقْتَ طِينًا
61. Bir zaman mələklərə: “Adəmə səcdə edin!”– demişdik. İblisdən başqa hamısı səcdə etdi. O dedi: “Mən Sənin palçıqdan yaratdığınamı səcdə edəcəyəm?!”
Təfsir
Ey Peyğəmbər! Biz bir zaman mələklərə: "Adəmə ibadət səcdəsi deyil, salam səcdəsi edin!" – dedikdə onların hamısı Rəbbinin əmrinə tabe olaraq, Adəmə səcdə etdilər. Lakin İblis ona səcdə etməkdən təkəbbürlük edərək: "Sən məni oddan yaratdığın halda, palçıqdan yaratdığınamı səcdə edim?! Mən ondan daha şərəfliyəm!" – dedi.