Surə 17 · Cüz 15
Al-Isra · 17:40
أَفَأَصْفَاكُمْ رَبُّكُمْ بِالْبَنِينَ وَاتَّخَذَ مِنَ الْمَلَائِكَةِ إِنَاثًا ۚ إِنَّكُمْ لَتَقُولُونَ قَوْلًا عَظِيمًا
40. Doğrudanmı Rəbbiniz oğlanları sizin üçün seçib, Özünə isə mələklərdən qızlar götürüb?! Siz, həqiqətən də, olduqca yaramaz söz danışırsınız.
Təfsir
Ey: "Mələklər Allahın qızlarıdır!" – deyən müşriklər! Rəbbiniz oğlanları sizin üçün seçib, Özünə isə mələklərdən qızlar götürdüyünümü söyləyirsiniz?! Allah sizin söylədiyindən uca və uzaqdır. Siz, həqiqətən də, Allah barəsində olduqca çox çirkin bir söz söyləyirsiniz. Allaha övlad nisbət edib, küfrdə daha da həddinizi aşaraq qızların Allaha aid olduğunu idda edirsiniz.