Surə 17 · Cüz 15
Al-Isra · 17:39
ذَٰلِكَ مِمَّا أَوْحَىٰ إِلَيْكَ رَبُّكَ مِنَ الْحِكْمَةِ ۗ وَلَا تَجْعَلْ مَعَ اللَّهِ إِلَٰهًا آخَرَ فَتُلْقَىٰ فِي جَهَنَّمَ مَلُومًا مَدْحُورًا
39. Bunlar Rəbbinin sənə vəhy etdiyi hikmətdəndir. Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa qınanmış və qovulmuş halda Cəhənnəmə atılarsan.
Təfsir
Sənə açıq-aydın izah etdiyimiz əmrlər, qadağalar və şəri əhkamlar Rəbbinin sənə vəhy etdiyi hikmətindəndir. Ey İnsan, Allahla yanaşı başqa məbuda ibadət etmə, yoxsa Qiyamət günü həm sən özünü qınayar, həm də insanlar səni qınayarlar, sonra da hər bir xeyirdən qovulmuş halda Cəhənnəmə atılarsan!