Surə 17 · Cüz 15
Al-Isra · 17:31
وَلَا تَقْتُلُوا أَوْلَادَكُمْ خَشْيَةَ إِمْلَاقٍ ۖ نَحْنُ نَرْزُقُهُمْ وَإِيَّاكُمْ ۚ إِنَّ قَتْلَهُمْ كَانَ خِطْئًا كَبِيرًا
31. Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, böyük günahdır.
Təfsir
Gələcəkdə uşaqlarınıza xərclədiyinizdən dolayı yoxsulluq qorxusundan onları öldürməyin. Onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, Allah yanında böyük bir günahdır. Çünki onların öldürülməsi üçün nə bir günahları, nə də ki, bir səbəb vardır.