Surə 17 · Cüz 15

Al-Isra · 17:30

إِنَّ رَبَّكَ يَبْسُطُ الرِّزْقَ لِمَنْ يَشَاءُ وَيَقْدِرُ ۚ إِنَّهُ كَانَ بِعِبَادِهِ خَبِيرًا بَصِيرًا

30. Həqiqətən, Rəbbin istə­di­yi­nin ru­zisini bol edər, istə­di­yinin­ki­ni də azal­dar. Şübhə­siz ki, O, Öz qullarını tanıyır və görür.

Təfsir

Həqiqətən, Rəbbin müəyyən bir hikmətdən dolayı, istə­di­yi­ kimsənin ru­zisini genişləndirər, istə­di­yi­ kimsənin də ruzisini daraldar. Şübhə­siz ki, O, qullarından xəbərdardır və onları görür. Onlardan heç bir şey uca Allaha gizli qalmaz. Allah Öz qullarını istədiyi kimi idarə edər.

Oxuyucuda aç - Surəni tam oxu