Surə 17 · Cüz 15

Al-Isra · 17:16

وَإِذَا أَرَدْنَا أَنْ نُهْلِكَ قَرْيَةً أَمَرْنَا مُتْرَفِيهَا فَفَسَقُوا فِيهَا فَحَقَّ عَلَيْهَا الْقَوْلُ فَدَمَّرْنَاهَا تَدْمِيرًا

16. Biz bir məmləkəti məhv etmək istədikdə onun cah-ca­lal için­də yaşayan sakinlərinə Alla­ha itaət etməyi əmr edərik. On­lar isə ora­da günah işlər gö­rər­lər. Be­ləcə, o məmləkə­tin ba­rə­sindəki söz gerçək olar və Biz onu yerlə yeksan edərik.

Təfsir

Biz bir məmləkəti, etdikləri günahlardan dolayı məhv etmək istədiyimiz zaman, nemətin azdırdığı kimsələrə Alla­ha itaət etmələrini əmr edərik. Onlar isə Allahın əmrinə tabe olmayıb, Allaha qarşı üsyan edərək Ona itaət etməkdən uzaq durarlar. Buna görə də onlar özlərini tamamən yox edəcək bir əzabın öz üzərlərində gəlməsinə layiq olarlar və be­ləcə Biz onları yerlə yeksan edən bir əzabla məhv edərik.

Oxuyucuda aç - Surəni tam oxu