Surə 17 · Cüz 15
Al-Isra · 17:15
مَنِ اهْتَدَىٰ فَإِنَّمَا يَهْتَدِي لِنَفْسِهِ ۖ وَمَنْ ضَلَّ فَإِنَّمَا يَضِلُّ عَلَيْهَا ۚ وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۗ وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّىٰ نَبْعَثَ رَسُولًا
15. Kim doğru yolla getsə, xeyri onun özünə olar, kim azğınlığa düşsə, ziyanı da onun öz əleyhinə olar. Heç bir günahkar başqasının günahını daşımaz. Biz elçi göndərməmiş heç kəsə əzab vermərik.
Təfsir
Kim iman edərək hidayət yoluna yönəlsə, bunun savabı yalnız onun özünə olar, kim azğınlığa düşsə, bunun ziyanı da yalnız onun öz əleyhinə olar. Heç bir kəs başqasının günahını daşımaz. Biz heç bir qövmə elçi göndərərək hüccət qaldırmadıqca əzab vermərik!