Surə 17 · Cüz 15

Al-Isra · 17:12

وَجَعَلْنَا اللَّيْلَ وَالنَّهَارَ آيَتَيْنِ ۖ فَمَحَوْنَا آيَةَ اللَّيْلِ وَجَعَلْنَا آيَةَ النَّهَارِ مُبْصِرَةً لِتَبْتَغُوا فَضْلًا مِنْ رَبِّكُمْ وَلِتَعْلَمُوا عَدَدَ السِّنِينَ وَالْحِسَابَ ۚ وَكُلَّ شَيْءٍ فَصَّلْنَاهُ تَفْصِيلًا

12. Biz gecə və gündüzü iki əlamət etdik. Rəbbinizdən lütf di­lə­yə­siniz, il­lə­rin sayını və he­sabı biləsiniz deyə ge­cə­nin əla­mətini si­lib gündüzün işıqlı əla­mətini gətirdik. Biz hər şeyi təf­silatı ilə izah et­dik.

Təfsir

Gecə və gündüz arasında uzunluq, qısalıq, istilik və soyuqluq baxımından fərqlər olduğu üçün, Biz gecə və gündüzü Allahın vəhdaniyyətinə və qüdrətinə dəlalət edən iki əlamət olaraq yaratdıq. Gecəni yatıb istirahət etməniz üçün zülmət qaranlıq etdik. İnsanların görməsi və yer üzündə gəzib dolaşaraq ruzi qazanmaları üçün gündüzü də işıqlı, nurlu etdik. Siz il­lə­rin, ayların, günlərin və saatların sayını və he­sabı biləsiniz deyə, gecə və gündüzü bir-birini təqib edən bir şəkildə yaratdıq. Əşyaların bir-birindən və həmçinin haqqı batildən ayırd edilməsi üçün Biz hər bir şeyi açıq-aydın təf­silatı ilə izah et­dik.

Oxuyucuda aç - Surəni tam oxu