Surə 17 · Cüz 15
Al-Isra · 17:11
وَيَدْعُ الْإِنْسَانُ بِالشَّرِّ دُعَاءَهُ بِالْخَيْرِ ۖ وَكَانَ الْإِنْسَانُ عَجُولًا
11. İnsan özünə xeyir dilədiyi kimi, şər də diləyir. Doğrusu, insan tələsəndir.
Təfsir
İnsan xeyirli bir şeyi istəyərək dua etdiyi kimi, cahilliyindən dolayı qəzəbləndikdə, özünə, övladına və mal-dövlətinə müsibət gəlməsi üçün bəd dua edər. Əgər Biz həmin şəxsin bəd duasını qəbul etsək, dərhal onun özü, övladı və mal-dövləti məhv olar. İnsan tələskən xasiyyətli yaradıldığı kimi, özünə zərər verən şeylərdə də tələsəndir.