Surə 17 · Cüz 15

Al-Isra · 17:105

وَبِالْحَقِّ أَنْزَلْنَاهُ وَبِالْحَقِّ نَزَلَ ۗ وَمَا أَرْسَلْنَاكَ إِلَّا مُبَشِّرًا وَنَذِيرًا

105. Biz Quranı haqq ola­raq nazil et­dik, o da haqq ola­raq nazil oldu. Səni də ancaq müj­də verən və xəbərdar edən bir elçi kimi gön­dərdik.

Təfsir

Biz Quranı Muhəmmədə (sallallahu aleyhi və səlləm) haqq ola­raq nazil et­dik, o da dəyişdirilmədən və təhrif edilmədən nazil oldu. Ey Peyğəmbər! Səni də ancaq təqva əhlinə Cənnətlə müj­də verən, küfür əhlini və günahkarları də cəhənnəm əzabı ilə qorxudan bir elçi kimi gön­dərdik.

Oxuyucuda aç - Surəni tam oxu