Surə 17 · Cüz 15
Al-Isra · 17:104
وَقُلْنَا مِنْ بَعْدِهِ لِبَنِي إِسْرَائِيلَ اسْكُنُوا الْأَرْضَ فَإِذَا جَاءَ وَعْدُ الْآخِرَةِ جِئْنَا بِكُمْ لَفِيفًا
104. Bundan sonra İsrail oğullarına: “Bu yerdə yaşayın! Axirət vədi gəlib yetişdiyi zaman sizin hamınızı məhşərə gətirəcəyik”– dedik.
Təfsir
Biz Firon və onun əsgərlərini suda qərq etdikdən sonra İsrail oğullarına: "Siz Şam torpaqlarında yaşayın! Qiyamət günü gəlib yetişdiyi zaman sizin hamınızı haqq-hesab üçün məhşərə gətirəcəyik!" – dedik.