Surə 16 · Cüz 14
An-Nahl · 16:77
وَلِلَّهِ غَيْبُ السَّمَاوَاتِ وَالْأَرْضِ ۚ وَمَا أَمْرُ السَّاعَةِ إِلَّا كَلَمْحِ الْبَصَرِ أَوْ هُوَ أَقْرَبُ ۚ إِنَّ اللَّهَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ
77. Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.
Təfsir
Göylərdə və yerdə qizli qalan bütün işlərin elmi yalnız Uca Allaha aiddir. Bütün bunların elmi heç bir məxluqda deyil, yalnız Uca Allahdadır. Allaha məxsus sirlərdən biridə, Qiyamət saatının Allahın istədiyi vaxt sürətli bir şəkilə hətta gözü qırpıb açmaqdan da daha tez bir zamanda gəlməsidir. Əksinə, qiyamətin qopma saatı bundan da daha yaxındır. Həqiqətən, Allah hər şeyə qadirdir. Onu heç bir şey aciz edə bilməz. O, bir işin olmasını istədikdə ona yalnız: "Ol" deyər, oda dərhal olar!