Surə 16 · Cüz 14

An-Nahl · 16:76

وَضَرَبَ اللَّهُ مَثَلًا رَجُلَيْنِ أَحَدُهُمَا أَبْكَمُ لَا يَقْدِرُ عَلَىٰ شَيْءٍ وَهُوَ كَلٌّ عَلَىٰ مَوْلَاهُ أَيْنَمَا يُوَجِّهْهُ لَا يَأْتِ بِخَيْرٍ ۖ هَلْ يَسْتَوِي هُوَ وَمَنْ يَأْمُرُ بِالْعَدْلِ ۙ وَهُوَ عَلَىٰ صِرَاطٍ مُسْتَقِيمٍ

76. Allah eləcə də iki kişi ba­rə­sində məsəl çəkdi; onlar­dan biri lal­dır, heç bir şeyə gücü çat­mır və öz ağasına bir yükdür. Onu ha­ra yollasa, xe­yirlə qa­yıt­maz. Məgər doğru yolda olub əda­lətli işlər gör­məyi əmr edən bir kimsə ilə belə bir adam ey­ni ola bilərmi?

Təfsir

Uca Allah müşriklərin iddialarına başqa bir məsəl çəkməklədə cavab vermişdir, bu məsəl iki kişi ba­rə­sində məsəl çəkdi; onlar­dan biri lal­dır, eşitməz, danışmaz və heç bir şey anlamaz. Kar və lal olduğu üçün özünə və başqalarına fayda verməkdən aciz qalmış bir kimsədir. Bu insan onun qayğısına qalan və ona görə məsuliyyət daşıyan kimsələr üçün üzərlərində ağır bir yükdür. Onu ha­ra yollasa, xe­yirlə qa­yıt­maz və istədiyini əldə edə bilməz. Məgər halı belə olan bir kimsə, eşidən, görən, danışan, başqalarına fayda verən, özü doğru yolda olub insanlara əda­lətli işlər gör­məyi əmr edən bir kimsə ilə ey­ni bir səviyyədə ola bilərmi? Ey Müşriklər! Elə isə Cəlal və Kamil sifətlərə sahib olan Uca Allahı, eşitməyən, danışmayan, fayad verməyən və zərəri aradan qaldıra bilməyən bütlərinizi necə tay tutursunuz?!

Oxuyucuda aç - Surəni tam oxu