Surə 16 · Cüz 14
An-Nahl · 16:70
وَاللَّهُ خَلَقَكُمْ ثُمَّ يَتَوَفَّاكُمْ ۚ وَمِنْكُمْ مَنْ يُرَدُّ إِلَىٰ أَرْذَلِ الْعُمُرِ لِكَيْ لَا يَعْلَمَ بَعْدَ عِلْمٍ شَيْئًا ۚ إِنَّ اللَّهَ عَلِيمٌ قَدِيرٌ
70. Sizi Allah yaratmışdır. Sonra O sizi öldürəcək. Sizlərdən bəziləri vaxtilə bildiyi şeyləri unutsun deyə ömrünün ən rəzil çağına çatdırılacaq. Həqiqətən, Allah hər şeyi biləndir, hər şeyə qadirdir.
Təfsir
Uca Allah sizi, daha öncə belə bir yaradılış olmadan yoxdan var etdi. Sonra da əcəliniz yetişdikdə, O, sizi öldürəcək. Allah sizlərdən bəzilərinin ömrünü, ömrün ən pis çağınadək, bildiyi şeylərdən heç birini xatırlamadığı, qocalıq çağına qədər uzadacaq. Şübhəsiz ki, Allah hər şeyi biləndir. Qullarının əməllərindən Ona heç bir şey gizli qalmaz. O, hər şeyə qadirdir. Heç bir şey Onu aciz edə bilməz!