Surə 16 · Cüz 14

An-Nahl · 16:69

ثُمَّ كُلِي مِنْ كُلِّ الثَّمَرَاتِ فَاسْلُكِي سُبُلَ رَبِّكِ ذُلُلًا ۚ يَخْرُجُ مِنْ بُطُونِهَا شَرَابٌ مُخْتَلِفٌ أَلْوَانُهُ فِيهِ شِفَاءٌ لِلنَّاسِ ۗ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَتَفَكَّرُونَ

69. Sonra bütün meyvələr­dən ye və Rəbbinin səndən ötrü asan­laş­dır­dığı yol­larla get”. O arıların qarınlarından tər­ki­bin­də insan­lar üçün şəfa olan müx­tə­lif rəngli bal çıxır. Həqi­qə­tən, bunda dü­şü­nən bir qövm üçün dəlillər vardır.

Təfsir

Sonra istədiyin hər bir meyvə­dən ye və Rəbbinin sənə ilham edərək qayıtmasını asan­laş­dır­dığı yol­larla qayıt get!" Bu arıların qarınlarından xəstəliklərin müalicəsi, tər­ki­bin­də insan­lar üçün şəfa olan ağ, sarı və s. müx­tə­lif rəngli ballar çıxar. Həqi­qə­tən, Rəbbinin bu arıya ilham etməsində və arıların qarınlarından çıxan balda, bunları dü­şü­nən bir qövm üçün Allahın qüdrətinə və Onun məxluqatın işlərini idarə etməsinə dair dəlillər vardır. Çünki düşünüb ibrət alan elə məhz onlardır.

Oxuyucuda aç - Surəni tam oxu