Surə 16 · Cüz 14

An-Nahl · 16:65

وَاللَّهُ أَنْزَلَ مِنَ السَّمَاءِ مَاءً فَأَحْيَا بِهِ الْأَرْضَ بَعْدَ مَوْتِهَا ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَةً لِقَوْمٍ يَسْمَعُونَ

65. Allah göydən yağmur yağ­dırıb onunla ölmüş yeri di­riltdi. Hə­qiqətən, bunda eşi­dən bir qövm üçün dəlillər vardır.

Təfsir

Uca Allah səmadan yağmur yağ­dırıb və bu yağmurla quraqlıq səbəbindən ölmüş torpağı dirildib, orada bitkilər yetişdirərək yer üzünə can verdi. Hə­qiqətən, səmadan yağmurun endirilməsi və bunun səbəbi ilə yer üzündə bitkilərin yetişdirilməsində, Allahın kəlamını eşidib və onu düşünüb dərk edən bir qövm üçün Uca Allahın qüdrətinə dəlalət edən açıq-aydı dəlillər vardır.

Oxuyucuda aç - Surəni tam oxu