Surə 16 · Cüz 14

An-Nahl · 16:64

وَمَا أَنْزَلْنَا عَلَيْكَ الْكِتَابَ إِلَّا لِتُبَيِّنَ لَهُمُ الَّذِي اخْتَلَفُوا فِيهِ ۙ وَهُدًى وَرَحْمَةً لِقَوْمٍ يُؤْمِنُونَ

64. Biz Kitabı sənə yalnız ona görə nazil etdik ki, onlara ixti­laf­da olduqları şeyləri bə­yan edə­sən və bu, mömin adamlar üçün doğ­ru yol göstəricisi və mər­həmət olsun.

Təfsir

Ey Peyğəmbər! Biz Quranı sənə ancaq, öz aralarında ixti­laf­a düşdükləri tövhid, öldükdən sonra dirilmə və şəri əhkamlar kimi dini məsələləri bütün insanlara bə­yan etmən və həmçinin, Allaha, Onun elçilərinə və Quranda olana iman edən möminlər üçün doğ­ru yol göstəricisi və mər­həmət olsun deyə nazil etdik. Çünki haqdan faydalanan kimsələrdə elə məhz onlardır!

Oxuyucuda aç - Surəni tam oxu