Surə 16 · Cüz 14
An-Nahl · 16:44
بِالْبَيِّنَاتِ وَالزُّبُرِ ۗ وَأَنْزَلْنَا إِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ إِلَيْهِمْ وَلَعَلَّهُمْ يَتَفَكَّرُونَ
44. Biz onları aydın dəlillər və kitablarla göndərdik. Sənə də Zikri nazil etdik ki, insanlara, onlara nazil olanı izah edəsən və bəlkə onlar fikirləşələr.
Təfsir
Biz bəşərdən olan o peyğəmbərləri açıq-aydın dəlillər və Allahdan nazil edilən kitablarla göndərdik. Ey Peyğəmbər! Biz, insanlara izah eilməsinə ehtiyac olan şeyləri izah etmən üçün sənə Quranı nazil etdik ki, bəlkə onlar ağıllarını işlədib, bu Qurandan öyüd nəsihət alsınlar!