Surə 16 · Cüz 14

An-Nahl · 16:43

وَمَا أَرْسَلْنَا مِنْ قَبْلِكَ إِلَّا رِجَالًا نُوحِي إِلَيْهِمْ ۚ فَاسْأَلُوا أَهْلَ الذِّكْرِ إِنْ كُنْتُمْ لَا تَعْلَمُونَ

43. Biz səndən əvvəl də, öz­lə­rinə vəhy etdiyimiz məhz ki­şiləri el­çi gön­dərmiş­dik. Əgər bilmirsi­nizsə, Zikr əh­lindən so­­­ruşun.

Təfsir

Ey Peyğəmbər! Biz səndən əvvəl də, öz­lə­rinə vəhy etdiyimiz məhz bəşərdən olan ki­şiləri peyğəmbər gön­dərmiş­dik. Biz mələklərdən peyğəmbər göndərmədik. Bu Bizim, dəyişməz, sabit qalan sünnəmizdir. Əgər peyğəmbərlərin bəşər nəslindən olduğunu inkar edir və yaxud siz bunu bilmirsinizsə, elə isə, sizdən öncə göndərilmiş kitab əhlindən bu barədə soruşun, onlar sizə peyğəmbərlərin, mələklərdən deyil, əksinə, bəşər nəslindən olduğunu xəbər verəcəklər.

Oxuyucuda aç - Surəni tam oxu