Surə 16 · Cüz 14

An-Nahl · 16:26

قَدْ مَكَرَ الَّذِينَ مِنْ قَبْلِهِمْ فَأَتَى اللَّهُ بُنْيَانَهُمْ مِنَ الْقَوَاعِدِ فَخَرَّ عَلَيْهِمُ السَّقْفُ مِنْ فَوْقِهِمْ وَأَتَاهُمُ الْعَذَابُ مِنْ حَيْثُ لَا يَشْعُرُونَ

26. Onlardan öncəkilər də hiylə qur­muşdular. Sonra Allah on­la­rın tikililərini özülündən da­ğıtdı, ta­vanları başlarına uçdu və əzab onlara gözləmədikləri yer­dən gəldi.

Təfsir

Onlardan öncəki kafirilər də özlərinə göndərilən peyğəmbərlərə qarşı hiylələr qur­muşdular. Allah on­la­rın tikililərini özülündən da­ğıtdı, beləcə, ta­vanları başlarına uçdu və əzab onlara gözləmədikləri yer­dən gəldi. Onlar tikdikləri binalarının, özlərini qoruyacağını zənn eirdilər. Amma onlar tikdikləri binaları ilə birgə məhv oldular.

Oxuyucuda aç - Surəni tam oxu