Surə 16 · Cüz 14
An-Nahl · 16:25
لِيَحْمِلُوا أَوْزَارَهُمْ كَامِلَةً يَوْمَ الْقِيَامَةِ ۙ وَمِنْ أَوْزَارِ الَّذِينَ يُضِلُّونَهُمْ بِغَيْرِ عِلْمٍ ۗ أَلَا سَاءَ مَا يَزِرُونَ
25. Qoy onlar Qiyamət günü öz günahlarının hamısını və nadanlıqları üzündən azdırdıqları kəslərin günahlarının bir qismini daşısınlar. Bax gör, daşıyacaqları yük necə də pisdir!
Təfsir
Beləliklə də onlar Qiyamət günü həm öz günahlarının hamısını, həm də cəhalət üzündən və kor-koranə onların ardınca gedərək İslamdan azdırdıqları kəslərin günahlarının bir qismini daşıyacaqlar. Öz günahlarından əlavə, onların ardınca gedənlərin günahlarını daşımaları necə də pisdir!