Surə 16 · Cüz 14
An-Nahl · 16:102
قُلْ نَزَّلَهُ رُوحُ الْقُدُسِ مِنْ رَبِّكَ بِالْحَقِّ لِيُثَبِّتَ الَّذِينَ آمَنُوا وَهُدًى وَبُشْرَىٰ لِلْمُسْلِمِينَ
102. De: “Müqəddəs Ruh Cəbrail onu sənin Rəbbindən iman gətirənləri sabitqədəm etmək üçün, həm də müsəlmanlara doğru yol göstəricisi və müjdə olsun deyə gerçək olaraq nazil etmişdir”.
Təfsir
Ey Peyğəmbər! Onlara belə de: "Cəbrail – aleyhissəlam – bu Quranı uca Allah yanından heç bir xəta, dəyişiklik və təhrif olmadan, Allaha iman gətirənlərin hər dəfə yeni bir ayə nazil edildikdə və bəzi ayələri nəsx etdikdə imanlarının sabitqədəm olması, müsəlmanlara doğru yol göstəricisi və onlara böyük bir savabla müjdə olsun deyə gerçək olaraq nazil etmişdir!"