Surə 16 · Cüz 14
An-Nahl · 16:101
وَإِذَا بَدَّلْنَا آيَةً مَكَانَ آيَةٍ ۙ وَاللَّهُ أَعْلَمُ بِمَا يُنَزِّلُ قَالُوا إِنَّمَا أَنْتَ مُفْتَرٍ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ
101. Biz bir ayəni başqa bir ayə ilə əvəz etdikdə onlar: “Sən ancaq bir iftiraçısan!”– deyirlər. Halbuki Allah nə nazil etdiyini daha yaxşı bilir. Xeyr! Onların çoxu bunu bilmir.
Təfsir
Biz Quranda bir ayənin hökmünü başqa bir ayə ilə nəsx etdikdə -uca Allah müəyyən bir hikmət üçün hansı ayəni Qurandan nəsx edib, hansınıda nəxs etməyini daha yaxşı bilir - Kafirlər Peyğəmbər (sallallahu aleyhi və səlləm): "Ey Mühamməd! Sən ancaq Allah adından yalan uydurub, özündən danışan bir iftiraçısan!" – deyirlər. Xeyr! Onların çoxu uca Allah bir ayənin hökmünü qüsursuz, ilahi bir hikmətdən örtü nəsx etdiyini bilməz!