Surə 14 · Cüz 13
Ibrahim · 14:5
وَلَقَدْ أَرْسَلْنَا مُوسَىٰ بِآيَاتِنَا أَنْ أَخْرِجْ قَوْمَكَ مِنَ الظُّلُمَاتِ إِلَى النُّورِ وَذَكِّرْهُمْ بِأَيَّامِ اللَّهِ ۚ إِنَّ فِي ذَٰلِكَ لَآيَاتٍ لِكُلِّ صَبَّارٍ شَكُورٍ
5. Biz Musanı möcüzələrimizlə göndərib ona: “Xalqını qaranlıqdan nura çıxart və Allahın günlərini onların yadına sal”- dedik. Şübhəsiz ki, bunda çox səbir və şükür edənlər üçün dəlillər vardır.
Təfsir
Biz Musanı onun doğruluğuna dəlalət edən möcüzələrimizlə göndərib ona dəstək verdik. Şübhəsiz ki, o, Rəbbi tərəfindən göndərilən bir elçidir. Biz ona, qövmünü küfrdən və cəhalətdən, imana və elmə çıxarmasını əmr etdik. Eyni zamanda Biz ona, Allahın özlərinə nemət bəxş etdiyi günləri qövmünə xatırlamasını əmr etdik. Həqiqətən o günlərdə, Allahın tövhidinə, qüdrətinin əzəmətinə və möminlərə nemətlər bəxş etməsinə dəlalət edən açıq-aydın dəlilər vardır. Bundan, Allaha ibadət etməkdə səbirli olan və Onun nemətlərinə daima şükür edən kimsələr faydalanarlar.