Surə 14 · Cüz 13
Ibrahim · 14:4
وَمَا أَرْسَلْنَا مِنْ رَسُولٍ إِلَّا بِلِسَانِ قَوْمِهِ لِيُبَيِّنَ لَهُمْ ۖ فَيُضِلُّ اللَّهُ مَنْ يَشَاءُ وَيَهْدِي مَنْ يَشَاءُ ۚ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
4. Biz hər bir elçini ancaq öz xalqının dilində danışan göndərdik ki, haqqı onlara bəyan etsin. Allah istədiyini sapdırır, istədiyini də doğru yola yönəldir. O, Qüdrətlidir, Hikmət sahibidir.
Təfsir
Biz hər bir elçini ancaq öz qövmünün dilində danışan göndərdik ki, Allah yanından gətirdikləri haqqı onlara bəyan edib, başa salması üçün asan olsun. Biz elçiləri öz qövmlərinə məcburən Allaha iman etdirmələri üçün göndərmədik. Allah istədiyini Öz ədaləti ilə azdırır və istədiyini də fəziləti ilə doğru yola müvəffəq edir. O, qüdrətlidir, kimsə Onu məğlub edə bilməz. Yaratmasına və idarə etməsində hikmət sahibidir.