Surə 14 · Cüz 13
Ibrahim · 14:43
مُهْطِعِينَ مُقْنِعِي رُءُوسِهِمْ لَا يَرْتَدُّ إِلَيْهِمْ طَرْفُهُمْ ۖ وَأَفْئِدَتُهُمْ هَوَاءٌ
43. O gün onlar başlarını yuxarı qaldıraraq carçıya doğru tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq və onların qəlbi də bomboş qalacaq – qorxudan bütün başqa duyğulardan xali olacaq.
Təfsir
O gün insanlar qəbirlərindən dirilib qalxdıqda, qorxudan başlarını göyə qaldıraraq carçıya doğru tələsəcəklər. Onlar özlərinə belə dönüb baxmayacaq, əksinə, gördükləri dəhşətli mənzərədən gözləri bərəlib qalacaqlar. Onların qəlbləri boşdur, dərk etməzlər. Gördüklərini dəhşətli mənzərədən isə bir şey anlayıb, başa düşməzlər.