Surə 14 · Cüz 13
Ibrahim · 14:42
وَلَا تَحْسَبَنَّ اللَّهَ غَافِلًا عَمَّا يَعْمَلُ الظَّالِمُونَ ۚ إِنَّمَا يُؤَخِّرُهُمْ لِيَوْمٍ تَشْخَصُ فِيهِ الْأَبْصَارُ
42. Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır.
Təfsir
Ey Peyğəmbər! Uca Allahın zalımlara əzabını gecikdirməsini heç də Allahı onların yalan saymalarından, insanları Allahın yolundan azdırmalarından və s. etdikləri əməllərdən xəbərsiz olduğunu əsla zənn etmə. Əksinə, Allah, onların nə etdiklərindən xəbərdardır. Bundan Allaha heç bir şey gizli qalmaz. Allah, sadəcə onları cəzalandırmağı Qiyamət gününə saxlamışdır. O gün elə qorxulu bir gündür ki, onlar gördükləri dəhşətli şeylərdən qorxduqları üçün gözləri bərəlib qalacaqlar.