Surə 14 · Cüz 13
Ibrahim · 14:37
رَبَّنَا إِنِّي أَسْكَنْتُ مِنْ ذُرِّيَّتِي بِوَادٍ غَيْرِ ذِي زَرْعٍ عِنْدَ بَيْتِكَ الْمُحَرَّمِ رَبَّنَا لِيُقِيمُوا الصَّلَاةَ فَاجْعَلْ أَفْئِدَةً مِنَ النَّاسِ تَهْوِي إِلَيْهِمْ وَارْزُقْهُمْ مِنَ الثَّمَرَاتِ لَعَلَّهُمْ يَشْكُرُونَ
37. Ey Rəbbimiz! Mən nəslimdən bəzisini Sənin mühafizə olunan Evinin yaxınlığında, heç bir bitki olmayan bir vadidə sakin etdim. Ey Rəbbimiz! Onlar namaz qılsınlar deyə belə etdim. İnsanların bir qisminin qəlbini onlara meylli et və onlara növbənöv məhsullardan ruzi ver ki, bəlkə şükür etsinlər.
Təfsir
Ey Rəbbimiz! Mən zürriyyətimdən bəzilərini, İsamili və onun oğullarını əkin bitməyən və su çıxmayan bir vadidə (Məkkədə) Haram evinin yanında sakin etdim. Ey Rəbbimiz! Övladlarımın Haram evində namaz qılmaları üçün onları orada sakin etdim. Ey Rəbbim! İnsanların qəlblərini onlara tərəf çevir ki, insanlar həm övladlarını, həm də bu diyarı sevsinlər. Onlara bəxş etdiyin nemətlərə görə Sənə şükür etsinlər deyə onları növbənöv meyvələrlə ruziləndir!